Azərbaycanda silahla dəfn edilmiş qadın, muncuqla dəfn edilmiş kişi qəbirləri aşkarlanıb

Azərbaycanda silahla dəfn edilmiş qadın, muncuqla dəfn edilmiş kişi qəbirləri aşkarlanıb

Qəbirlərdən birində maraqlı mənzərə vardı: Oxla vurulub öldürülən adam olduğu kimi dəfn edilib

 

“AzəriGold” şirkətinin əməkdaşları bir müddət öncə Daşkəsənin Çovdar kəndi ərazisində qazıntı işləri apararkən qədim qəbiristanlıq aşkarlayıblar. Şirkətin işçiləri dərhal qazıntı işlərini dayandıraraq rəhbərliyə xəbər veriblər. Rəhbərlik isə öz növbəsində adiyyəti qurumlara məlumat göndərib.

 

Arxeologiya və Etnoqrafiya İnstitutu qəbirləri araşdırmaq üçün qrup yaradıb və Daşkəsənə göndərib. Daşkəsəndə arxeoloji qazıntılarda iştirak edən arxeoloq Lola Hüseynova AYNA-ya aşkarlanan qəbirlər haqqında məlumat verib.