Avropa Məhkəməsi Ərdoğanın diplom işinə baxacaq

Avropa Məhkəməsi Ərdoğanın diplom işinə baxacaq

Bir sıra partiya rəhbərləri müxtəlif dövrlərdə Türkiyə Prezidentinin ali təhsilinin olmaması ilə bağlı çıxışlar ediblər

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın uzun müddətdir müzakirə edilən diplom məsələsinə Avropa İnsan Haqqları Məhkəməsində (AİHM) baxılacaq.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, “Xalqın Qurtuluş Partiyası” (HKP) Türkiyədəki mümkün hüquqi vasitələrin kifayət etmədiyini bildirərək ölkə başçısının diplom polemikasını AİHM-ə çıxarıb.

 

HKP Ərdoğanın bakalvr təhsili olmadığını, hər dəfə ona bu məsələ ilə bağlı sual verənlərə müxtəlif cavab verdiyini əsas gətirərək məsələnin araşdırılması üçün Ankara Baş Prokurorluğuna  şikayət ünvanlayıb. Baş Prokurorluğun şikayətlə maraqlanmadığını bildirən partiya rəsmiləri Konstitusiya məhkəməsinə üz tutub. Konstitusiya məhkəməsi şikayətlə bağlı “Qəbul edilməzlik” qərarı çıxarıb.  

 

Qeyd edək ki, bir sıra partiya rəhbərləri müxtəlif dövrlərdə Türkiyə Prezidentinin ali təhsilinin olmaması ilə bağlı çıxışlar ediblər. Qarşı tərəf məsələylə bağlı maddi sübut ortaya çıxarmayıb.

Müəllif: Ayna.az      12 İyul 2019 16:23
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar