Azərbaycanın sabiq naziri təcili Almaniyaya aparılaraq əməliyyat olunub

Azərbaycanın sabiq naziri təcili Almaniyaya aparılaraq əməliyyat olunub

Fazil Məmmədovun indiyədək Gəncə Beynəlxalq Hospitalında müalicə aldığı, lakin müalicənin istənilən nəticəni vermədiyi bildirilir

 

Səhhəti ağırlaşan keçmiş Vergilər naziri Fazil Məmmədov təcili Almaniyaya aparılıb. AYNA-nın əldə etdiyi məlumata görə, sabiq nazir Almaniyanın Heydelberq xəstəxanasında mədəaltı vəzisindən məliyyat olunub.

F.Məmmədovun indiyədək Gəncə Beynəlxalq Hospitalında müalicə aldığı, lakin müalicənin istənilən nəticəni vermədiyi bildirilir. Nəticədə əməliyyata ehtiyac yaranıb və keçmiş nazir Almaniyaya aparılıb.

 

Qeyd edək ki, Fazil Məmmədov pankreatit xəstəliyindən əziyyət çəkir. Pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu, adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.

 

Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.

Müəllif: Ayna.az      12 İyul 2019 15:16
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar