Alman elm adamları bir ilkə imza atdı - Pilotsuz təyyarə...

Alman elm adamları bir ilkə imza atdı -   Pilotsuz təyyarə...

Təyyarə pilotdan və yerdən asılı olmadan eniş edə biləcək

 

Alman elm adamları sərnişin təyyarələrinin eniş sistemində yeniliyə imza atıblar. Münih Texnologiya Universiteti araşdırmaçıları təyyarələrin pilotdan və yerdən asılı olmadan, sərbəst eniş edə biləcəkləri sistem yaradıblar.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, hal-hazırda təyyarələr bir sıra avtomatik sistemlərin köməyi ilə eniş etsələr də, tamamilə avtomatik eniş edə bilmirlər. Təyyarələr bir sıra hava limanlarında eniş zamanı radio siqnallarından dəstək alırlar. Bəzi hava limanlarında radio siqnal sistemləri olmadığı üçün əlverişsiz hava şəraitlərində pilotlar çətinliklə üzləşirlər.

 

Münih Texnologiya Universiteti araşdırmaçılarının yeni ixtirası olan avtonom təyyarə - Diamond DA42 kompüter və GPS kombinasiyasından uğurla istifadə edərək pilotdan və yerdən asılı olmadan, sərbəst eniş edə bilir. Bu təyyarə istiqaməti GPS vasitəsi ilə təyin edir. Ağır hava şəraitində eniş yerini tapmaq üçün infraqırmızı şüalanma kameralarından yararlanır.

 

Layihə hələ test mərhələsində olsa da, gələcəkdə təyyarə qəzalarının qarşısının alınması baxımından mühüm bir addım kimi dəyərləndirilir.

Müəllif: Ayna.az      11 İyul 2019 23:20
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar