İtaliyanın Daxili İşlər naziri ölümlə təhdid olunur

İtaliyanın Daxili İşlər naziri ölümlə təhdid olunur

“Mən cinayətkarlara qarşı mübarizə aparmaqdan zövq alıram”

 

İtaliyanın Daxili İşlər naziri Mateo Salviniyə içərisində mərmi olan zərf göndərilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Florensiya şəhərindəki poçta içərisində mərmi olan zərf daxil olub. Zərfin Baş Nazirin müavini və Daxili İşlər naziri olan Mateo Salviniyə ünvanlandığı bildirilib.

 

Polisin yaydığı məlumata görə, məktubun üzərində qəzet səhifələrindən kəsilmiş “Nazir, Hersoq, Mateo Salvini, Məclis, Roma” sözləri olub.

 

Salvini hadisəyə belə reaksiya verib: “Nazir olaraq fəaliyyətə başladığım gündən bu yana mənə yüzlərlə təhdid məktubu göndərilib. Sol ideologiyanın şiddətli təbliğatı, bəlkə də kimlərisə qane edə bilər. Amma mən bütün cinayətkarlara qarşı mübarizə aparmaqdan zövq alıram və bu, məni gücləndirir”.

 

Hadisə ilə bağlı polis araşdırmalara başlayıb.

Müəllif: Ayna.az      11 İyul 2019 20:46
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar