Türklərin terrorçulardan təmizlədikləri bölgədə partlayış törədilib

Türklərin terrorçulardan təmizlədikləri bölgədə partlayış törədilib

Partlayış nəticəsində üçü azyaşlı uşaq olmaqla, 11 nəfər həlak olub

 

Suriyanın Afrin bölgəsində partlayış baş verib. AYNA Türkiyə mətbuatına isitinadən xəbər verir ki, bölgədə içərsində bomba olan maşın partladılıb. Partlayış nəticəsində üçü azyaşlı uşaq olmaqla, 11 nəfər həlak olub.

 

Qeyd edək ki, İŞİD, PKK/YPG terror qruplaşmaları fasilələrlə Afrinə hücumlar edir. Türkiyə ordusu bir müddət əvvəl Afrin bölgəsini terrorçulardan təmizləmişdi.

 

Partlayış hadisəsini heç bir qüvvə öz üzərinə götürməyib.

Müəllif: Ayna.az      11 İyul 2019 18:17
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar