Tramp qalib gəldi

Tramp qalib gəldi

Hotelindən qeyri-qanuni qazanc əldə etməsi ilə bağlı məhkəmə prosesi Ağ Ev rəhbərinin xeyrinə başa çatıb

 

ABŞ Federal Apellyasiya Məhkəməsi Prezident Donald Trampın Vaşinqtonda fəaliyyət göstərən hotelindən qanunsuz gəlir əldə etməsi ilə bağlı prosesi yekunlaşdırıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Prezidentinin Vaşinqtonda, Ağ Ev yaxınlığında yerləşən hotelindən qeyri-qanuni qazanc əldə etməsi ilə bağlı məhkəmə prosesi Trampın xeyrinə başa çatıb.

 

Prezident məhkəmə qərarından sonra şəxsi “Twitter” hesabında “Prezidentiniz olaraq sizə daha yaxşı xidmət edə bilmək üçün sərvətlərimi itirirəm, üstəlik maaş da almıram”, – deyə yazıb.

 

Qeyd edək ki, ABŞ Konstitusiyasına əsasən, ölkə Prezidenti və digər yüksək vəzifəli şəxslərin xarici dövlətlərdən hədiyyə qəbul etməsi və ya biznes məqsədilə hər hansı əməkdaşlığı qadağandır. Demokratlar Partiyası isə Tampın Prezident seçildiyi vaxtdan etibarən səlahiyyətlərindən biznes maraqları üçün sui-istifadə etdiyini iddia edir.

Müəllif: Ayna.az      11 İyul 2019 17:36
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar