Mehriban Əliyeva Xalq artistinin problemini nəzarətə götürüb

Mehriban Əliyeva Xalq artistinin problemini nəzarətə götürüb

Müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələni Fond öz nəzarətinə götürüb.

AYNA xəbər verir ki, səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.

 

Qeyd edək ki, 73 yaşlı Y.Rzazadə səhhətində yaranan problemlərlə əlaqədar Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilmişdi. O, bu gün xəstəxanadan evə buraxılıb.

Müəllif: Ayna.az      11 İyul 2019 17:02
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar