Yaxın günlərdə qiymətlər ucuzlaşacaq - RƏSMİ BƏYAN

Yaxın günlərdə qiymətlər ucuzlaşacaq -   RƏSMİ BƏYAN

"Məhsulun nüvə dövründə fermer qazanır, ondan sonrakı dövrlərdə isə istehlakçı”

 

Xəbər verdiyimiz kimi, ölkədə kənd təsərrüfatı məhsullarının -  meyvə-tərəvəzin qiyməti mövsümə uyğun olmayacaq şəkildə bahadır. AYNA olaraq əhalinin narazılığına səbəb olmuş bu məsələni araşdırmağa davam edirik.

 

Qiymət siyasətinə qarışmağa səlahiyyəti olmasa da, mövcud vəziyyətlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin (KTN) də mövqeyini öyrənməyə çalışdıq.

 

KTN-nin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov meyvə-tərəvəzin qiymətinin baha olmasının səbəblərinə aydınlıq gətirdi: “İqlim şəraiti məhsul yığımının gecikməsinə səbəb oldu. Bununla da bazara təklif azaldı. Həmçinin havanın yağışlı keçməsi əkinin vaxtında aparılmasına da imkan verməmişdi. Ölkədən ixracın artması da qiymətlərə təsir göstərir. Fermerlər daxili bazara mal satmaqda maraqlı deyillər, daha çox xarici bazara baha qiymətə məhsul çıxarmağa çalışırlar”.

Картинки по запросу vüqar hüseynov

“Məhsulun qiymətinin bahalaşmasını deyərkən mütləq nəzərə alınmalıdır ki, ölkədə tələbat da artıb. Həm əhalinin sayı, həm ölkəyə turist axını çoxalıb. Həmçinin ölkədə digər məhsulların da qiyməti bahalaşıb. Fermer də çəkdiyi xərci qarşılamaq və qazanc əldə etmək üçün becərdiyi məhsulu baha satır. Məhsulun nüvə dövründə fermer qazanır, ondan sonrakı dövrlərdə isə istehlakçı”, – deyə Nazirlik sözçüsü əlavə edib.

 

V.Hüseynov onu da vurğulayıb ki, yaxın günlərdə qiymətlər ucuzlaşacaq: “Qiymətlərlə bağlı monitorinq aparırıq. Artıq ölkənin əsas soğançılıq bölgələrindən sayılan Beyləqan və Ağdamda baş soğanın kütləvi yığımına başlanıb. Hazırda Ağdamda sahədə soğanın 33-34 kiloqramlıq kisəsi 12 manata, Beyləqanda isə 10 manata təklif olunur. Fermerlər yaxın günlərdə qiymətlərin 5-7 manatadək düşəcəyini proqnozlaşdırırlar. Qiymətlərin bu səviyyədən də aşağı enəcəyi istisna olunmur. Çünki məhsul ötən illərə nisbətən daha çoxdur. Bazarda təklifin artması, məhsulun bolluğu soğanın pərakəndə satış qiymətini də getdikcə ucuzlaşdırır”.

 

“İndiyə qədər bazarda ancaq istixanalarda yetişdirilən pomidor satılırdı. Hələ sahə pomidorları yetişməmişdi. Ancaq havanın isti keçdiyi açıq sahələrdə Salyanda, Sabirabadın bir hissəsində sahə pomidoru yetişmişdi ki, bu da kifayət deyildi. Artıq Şəmkirdə, Xaçmazda sahə pomidorunun kütləvi yığımına başlanılıb. Yaxın günlərdə pomidorun da qiyməti ucuzlaşacaq” – deyə KTN-nin Mətbuat xidmətinin rəhbəri əlavə edib.

Müəllif: Rumiyyə Miraslan      11 İyul 2019 18:56
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar