Səhhəti ağırlaşan Yalçın Rzazadə əməliyyat olunacaq

Səhhəti ağırlaşan Yalçın Rzazadə əməliyyat olunacaq

Yalçın Rzazadə: “Mədəmdə üç böyük yara var idi, hazırda o yaralar şişib və qanıma zəhərlənmə keçib”

 

Xalq artisti Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb. AYNA xəbər verir ki, bu barədə APA-ya müğənninin özü məlumat verib.

 

O bildirib ki, bir qədər əvvəl evə buraxılıb: “Xəstəxanada qala bilmirəm. Səhhətimdə ciddi problemlər var. Mədəmdə üç böyük yara var idi. Hazırda o yaralar şişib və qanıma zəhərlənmə keçib. Həkimlər əməliyyata ehtiyac olduğunu deyirlər. Sabah yenidən xəstəxanaya, müayinəyə gedəcəyəm. Yəqin ki, əməliyyat olunacağam”.

 

Xatırladaq ki, Xalq artisti, müğənni Yalçın Rzazadə Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilib. Onun ürəyində və öd kisəsində problemlər yaranıb, qanına zəhərlənmə keçib.

Müəllif: Ayna.az      11 İyul 2019 15:48
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar