Ən müasir standartlara “cavab verən” yol dağılır və AAYDA deyir ki: “Olur belə işlər”

Ən müasir standartlara “cavab verən” yol dağılır və AAYDA deyir ki:     “Olur belə işlər”

Bakı-Ələt-Astara-İran sərhədi yolunun pullu olması təklifi arxa plana keçib

 

Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), bir il öncə açılışı olan Bakı-Ələt-Astara-İran sərhədi avtomobil yolunun pullu olacağını bəyan etmişdi. Bu isə, o deməkdir ki, yol ən yüksək standartlara cavab verməlidir.

 

Amma cəmi bir il keçməsinə baxmayaraq, həmin yolda erroziyalar yaranıb. Belə olduğu halda, sual yaranır: artıq dağılmağa başlayan Bakı-Ələt-Astara-İran sərhədi yolu necə pullu ola bilər?

 

AYNA-nın bu barədə sualını cavablandıran AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, yeni tikilən sözügedən magistralın pullu olması məsələsi hələlik gündəmdə deyil: “Belə bir təklif var idi, amma bu gün magistralın pullu olması gündəmdə deyil. Təklif olaraq qalır”.

 

A.Nəcəfli yolda baş verən dağıntılara da münasibət bildirib: “Hər hansı yol tikilərkən, layihədə fiziki və təbii amillərin nəticəsində yolun müəyyən qədər deformasiyaya uğrayacağı mütləq şəkildə nəzərə alınır. Bir çoxları bizi qınayır. Amma bu, bütün dünyada normal haldır”.

 

“Yolun deformasiyaya uğraması qaçılmaz faktırdır. Təbii ki, tikinti zamanı da hər hansı bir qüsur ola bilər. Axı hər işçiyə nəzarət etmək də mümkün deyil. Kiminsə bilmədən qüsuru ola bilər, hansısa işçi işinə səhlənkar yanaşa bilər və ya təbii amillər nəticəsində də yolda problemlər yarana bilər. Əsas odur ki, problemlər yarananda onu tez bir zamanda həll edirik”, - deyə AAYDA sözçüsü vurğulayıb.

Müəllif: Təranə Xudabaxşiyeva      11 İyul 2019 13:36
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar