Bakıda gənc oğlanı ürəyindən bıçaqladılar

Bakıda gənc oğlanı ürəyindən bıçaqladılar

Bakıda gənc oğlan küçədə bıçaqlanıb

Hadisə paytaxtın Binəqədi rayonu, Xocasən qəsəbəsində baş verib. AYNA trend.az-a istinadən xəbər verir ki, qəsəbənin F.Ağazadə küçəsi ev 3-də yaşayan, 1995-ci il təvəllüdlü Məmişov Mikayıl Qənbər oğlu gecə saatlarında qəsəbədəki "Neto" marketin qarşısında naməlum şəxslə qarşılaşıb. Həmin şəxs M.Məmişovu döş qəfəsindən bıçaqlayaraq hadisə yerindən qaçıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə çatdırılıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Müəllif: Ayna.az      11 İyul 2019 01:44
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar