Bir il ərzində xərçəngin müalicəsi mümkün olacaq - İSRAİLDƏN ŞAD XƏBƏR

Bir il ərzində xərçəngin müalicəsi mümkün olacaq -           İSRAİLDƏN ŞAD XƏBƏR

İsrail alimləri xərçəng hüceyrələrini məhv edən müalicə üsulu tapıblar

 

Bu həftə İsrail alimləri xərçəngin müalicəsində uğurlu bir addım atıblar. Onlar xərçəng hüceyrələrini məhv edən müalicə üsulu tapdıqlarını elan ediblər.

 

Sürətləndirilmiş Təkamül Biotexnologiyaları mütəxəssisi, doktor Yaan Moradın sözlərinə görə, “Bu “MuTaTo” adlı yeni müalicə üsulu daha çox bir xərçəng antibiotikinə bənzəyir”.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, İsrail mediasına açıqlama verən doktor Morad bu müalicə üsulunun bütün növ xərçəng hüceyrələrini hədəflədiyini bildirib. “Bu yeni antibiotik, xüsusi ilə də xərçəng hüceyrələrini öldürə bilən güclü bir peptit toksini ilə birlikdə istifadə edildikdə, xərçəngi birdəfəlik müalicə edə biləcək. Yaxın bir il ərzində bu üsulla xərçəngi köklü müalicə edə biləcəyik”, - deyə, o, qeyd edib.

Müəllif: Ayna.az      10 İyul 2019 22:53
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar