Kalsium qəbulu xərçəngdən ölüm riskini iki dəfə artırır

Kalsium qəbulu xərçəngdən ölüm riskini iki dəfə artırır

Tədqiqatlar yüksək dozada kalsium qəbulunun xərçənglə əlaqəli olduğunu aşkara çıxarıb

 

ABŞ-ın Massaçusets ştatındakı Tafts Universitetinin tədqiqatçıları 27 min amerikalının tibbi məlumatlarını araşdırıb. AYNA xarici mediaya istinadən bildirdiyinə görə, araşdırma sübut edib ki, yüksək dozada möhkəmləndirici həblər qəbul etmək xərçəng xəstəliyi ilə nəticələnə bilər.

 

Alimlərin "Annals of Internal Medicine" adlı akademik nəşrində yer alan məqalədə qeyd olunur ki, gündə min milliqramdan çox kalsium həbi qəbul edən adamların həyatı risk altındadır. 

 

27 min insanın tibbi qeydlərini 12-ci il ərzində izləyən alimlər kalsium qəbul edənlər arasında xərçəng xəstəliyindən 24 nəfərin öldüyünü müəyyən ediblər. Kalsium qəbul etməyən şəxslər arasında isə xərçəngdən ölüm sayı 12 olub. Bunun nəticəsində, kalsium qəbul edənlərin xərçəngdən ölmə riskinin 53 faizdən çox olduğu müəyyənləşdirilib. 

 

 Tərkibində kalsium olan qidaların qəbulu ilə isə xərçəng arasında hər hansı bir əlaqə tapılmayıb.

 

Tədqiqatlar zamanı kalsiumla yanaşı, orqanizmdə kalsium və fosfatın miqdarını tənzimləyən D vitaminin də  ölüm riskini artırdığı müəyyənləşdirilib.

 

Digər tərəfdən, A və K vitaminləri maqnezium və sink kimi digər maddələrin ölüm riskini azaltdığı müəyyən olunub. Ancaq bu, dərmanlarda deyil, yalnız ərzaqlarda olan vitamin və minerallar üçün keçərlidir.

 

Qeyd edək ki, kalsium güclü sümüklərin və dişlərin formalaşmasında, ürək döyüntülərini sürətləndirən əzələ  yığılmasının qarşısının alınmasında və qanın normal laxtalanmasında mühüm rol oynayır. Kalsium çatışmazlığı uşaqlarda sümüklərin anormal inkişafına, raxitlik adlanan xəstəliyə, irəliləyən yaşlarda da sümük əriməsinə səbəb ola bilər.

 

Tədqiqatçılar isə bildirirlər ki, kalsiumun dərman formasında qəbulundansa, tərkibində kalsium olan təbii qidaları qəbul etmək faydalıdır.

Müəllif: Ayna.az      10 İyul 2019 20:14
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar