Tehrandan Vaşinqtona təhdid: Gəmilərinizi batırarıq

Tehrandan Vaşinqtona təhdid: Gəmilərinizi batırarıq

Hüseyn Nejat: “ABŞ hərbi gəmiləri və hərbi bazaları raketlərimizin əhatə dairəsindədir”

 

ABŞ-la İran arasındakı gərginlik artmaqda davam edir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri Hüseyn Nejat, ABŞ-ın Fars körfəzində yerləşən hərbi bazalarının və hərbi təyyarə daşıyan gəmilərinin İran raketlərinin radarına düşdüyünü açıqlayıb.

 

“ABŞ hərbi gəmiləri və hərbi bazaları raketlərimizin əhatə dairəsindədir. Əgər ABŞ hər hansı səhv addım atarsa, raketlərimizlə onların gəmilərini məhv edərik. Onlar İranla üzbəüz gəlsələr, nələr baş verəcəyini yaxşı bilirlər”, – deyə Nejat bildirib.

 

Qeyd edək ki, keçən il nüvə razılaşmasından çıxan ABŞ İrana qarşı sanksiyaları yenidən gündəmə gətirib. Bundan sonra İran rəsmiləri sərt açıqlamalara və təhdidlərə başlayıblar.

Müəllif: Ayna.az      10 İyul 2019 15:13
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar