Ermənistan zülmətə qərq oldu

Ermənistan zülmətə qərq oldu

Hökumət ölkə əhalisinə xəbərdarlıq edib

 

Ermənistanın bəzi bölgələrin, eləcə də paytaxt Yerevanda elektrik təchizatında problemlər yaranıb. AYNA Sputnik Ermənistan-a istinadən xəbər verir ki, nəticədə Yerevan metrosu fəaliyyətini dayandırıb, sərnişinlər təxliyə olunub.

 

“Ermənistan elektrik şəbəkələri” QSC hələlik baş vermiş hadisəni şərh etməyib. Baş Nazirin müavini Tiqran Avinyan öz “Facebook” səhifəsində bütün ölkə boyu elektrik enerjisinin kəsilə biləcəyi haqda xəbərdarlıq edib.

 

O bildirib ki, Yerevan İstilik Elektrik Stansiyasında və Razdan İES-in enerji blokunda qəza baş verib: “Günün sonunadək problemin aradan qaldırılmasına çalışılır”.

Müəllif: Ayna.az      10 İyul 2019 14:49
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar