Bakıda “ölümlə rəqs edənlər” kameraya düşdü – VİDEO

Bakıda “ölümlə rəqs edənlər” kameraya düşdü –           VİDEO

Hər iki qəza sürücülərin idarəetməni itirmələri səbəbindən baş verib

 

Paytaxtın Heydər Əliyev prospektində, Bakı Olimpiya Stadionunun qarşısında baş verən iki qəza anı kameraya düşüb. AYNA avtosfer.az-a istinadən xəbər verir ki, təxminən eyni ərazidə baş verən hər iki qəza nəticəsində idarəetməni itirən sürücülər arakəsməni aşaraq əks yola düşürlər.

 

İlk videoda “Tayota Land Cruser” markalı avtomobil idarəetməni itirərək işıq dirəyinə çırpılır. Ardınca dirəyi aşıraraq yolun əks istiqamətinə çıxır. Sürücünün sükan arxasında yatması ehtimal olunur.

 

İkinci video sutkanın qaranlıq vaxtı qeydə alınıb. Bu dəfə də sürücünün sükan arxasında yatması ehtimalı böyükdür. Çünki orta zolaqla hərəkət etdiyi bir vaxtda qəfildən sola burulur. Nəticədə avtomobil arakəsməni keçərək yolun digər tərəfinə keçir.

 

Videogörüntünü təqdim edirik:

Müəllif: Ayna.az      10 İyul 2019 13:25
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar