Yasamalda yanğın olub

Yasamalda yanğın olub

Yüksək temperaturdan 1 ədəd kondisioner əriyib

 

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan 1 otaqlı mənzildə ev əşyaları 10 m² sahədə yanıb.

 

Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yanğın nəticəsində yüksək temperaturdan 1 ədəd kondisioner əriyib.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az      10 İyul 2019 12:24
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar