Dənizdə batanlar xilas edilib

Dənizdə batanlar xilas edilib

Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mərdəkan, Bilgəh sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

 

AYNA bu barədə FHN-nin rəsmi məlumatına istinadən xəbər verir.

 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda ayrı-ayrı ünvanlarda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Müəllif: Ayna.az      10 İyul 2019 10:34
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar