Arzularımızdakı ev inşa olundu

Arzularımızdakı ev inşa olundu

Artıq 70 nəfərdən çox adam bu evdə qalmaq üçün növbəyə yazılıb

 

Danimarkanın “Lovtag” adlı tikinti firması bir ağacın üstündə ev inşa edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, evin hotel kimi istifadə edilməsi nəzərdə tutulur. Artıq 70 nəfərdən çox adam bu evdə qalmaq üçün növbəyə yazılıb.

https://imgrosetta.mynet.com.tr/file/10888842/10888842-728xauto.jpg

Ev Randers şəhərinin şimalında yerləşən Als qəsəbəsindəki meşədə, ağaclardan birinin üstündə inşa olunub. Ev  4 istirahət otağı, mətbəx, tualet və hamamdan ibarətdir. Ağacın üstündə inşa edilən bu ev yerdən 8 metr hündürlükdə yerləşir.

Firmanın sosial media hesabından paylaşdığı şəkillər istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb.

Müəllif: Ayna.az      10 İyul 2019 08:13
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar