İş adamı ondan ayrılmaq istəyən sevgilisini güllələyib - FOTO

İş adamı ondan ayrılmaq istəyən sevgilisini güllələyib -       FOTO

Türkiyədə adı açıqlanmayan iş adamı onunla evlənmək istəməyən qadının əvvəlcə atəş edərək üzünü parçalayıb, sonra isə təhdid edərək qadınla ailə qurub. Bunun ardından isə qadına əzab verməyə başlayıb. 

 

AYNA Türkiyə mediasına istinadən baş vermiş qandonduran hadisənin detallarını təqdim edir. Belə ki, İzmirdə yaşayan Tuğçə A. adlı qadın, təxminən üç il əvvəl özündən 23 yaş böyük olan iş adamı A.A. ilə tanış olub. Aralarındakı münasibət qısa müddətdə sevgiyə çevrilib.

 

Ancaq 9 ay sonra A.A. Tuğçəyə mütəmadi olaraq şiddət və psixoloji təzyiq göstərməyə başlayıb. Yaşadığı dəhşətdən qurtulmaq üçün Tuğçə ayrılıq qərarı verib. Bu barədə sevgilisinə deyəndə isə həyatı cəhənnəmə çevrilib. Ayrılıq qərarını eşidəndə hirslənən A.A. avtomobilindən götürdüyü ov tüfəngi ilə qıza atəş açıb. Qurğuşun saçmaları qızın üzünü parçalayıb.

 

Hadisənin baş verdiyi dağlıq ərazidə üzü parçalanan qadın A.A. Tərəfindən Urla Dövlət Xəstəxanasına aparılıb. Hadisənin qəza olduğunu dedikdən sonra isə xəstəxanadan ayrılıb.

 

Sağ qalmağı bacaran Tuğçə, üzünün bərpa olunması üçün 15 dəfə əməliyyat olunub. İtirdiyi gözünün yerinə protez göz qoyulub, ayağından dəri və toxumalar alınaraq gözünün ətrafına nəql olunub.

 

Buna baxmayaraq, üzünün bir hissəsində hissiyyat itib. Burnu parçalandığı üçün iybilmə qabiliyyətini də itirib.

Onu yüzünden vuran adamla evlenmek zorunda kaldı

Həmin ərəfədə A.A. əvvəlcə həbs olunub, sonra isə sərbəst buraxılıb. Bundan sonra o, Tuğçəni təhdid etməyə başlayıb. Qadın təhdidlər nəticəsində onunla evlənmək məcburiyyətində qalıb. Bu evlilik zamanı da Tuğçə davamlı olaraq şiddət və psixoloji təzyiqlərlə üzləşib.

 

Nəhayət, yaşadığı zorakılığa dözə bilməyən qadın boşanmaq üçün məhkəməyə müraciət edib. Müraciətdən sonra, A.A. haqqında qəsdən yaralama cinayətindən 6 ilə qədər həbs cəzası tələbi ilə cinayət işi açılıb.

 

Boşanma müddətində Tuğçə hüquqi yolla mübarizəsini sona qədər davam etdirəcəyini bildirib: "Yaşadıqlarımın hər kəsə dərs olmasını istəyirəm. Məni bu hala gətirən adama qarşı artıq susub, qorxub oturmayacağam, səssiz qalmayacağam, hüquqi mübarizəmi sona qədər davam etdirəcəyəm".

Müəllif: Ayna.az      9 İyul 2019 21:42
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar