Masallı faciəsi ilə bağlı cinayət işi açıldı

Masallı faciəsi ilə bağlı cinayət işi açıldı

Cinayət Məcəlləsinin iki və daha çox şəxsin ölümü ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi törətmə maddəsi ilə cinayət işi başlanıb

 

Bu gün səhər Masallı rayonu ərazisində baş vermiş və 8 nəfərin ölümü ilə nəticələnmiş qəza ilə bağlı cinayət işi başlanıb. AYNA-nın əldə etdiyi məlumata görə, fakt üzrə Cinayət Məcəlləsinin 263.3-cü (iki və daha çox şəxsin ölümü ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə cinayət işi açılıb.

 

Qeyd edək ki, Masallı rayonunda “Mercedes” markalı mikroavtobus və “Kamaz” markalı yük avtomobili toqquşub. Səhiyyə Nazirliyindən verilən məlumata görə qəzada səkkiz nəfər ölüb, iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Qəzada ölənlərlərin kimliyi artıq müəyyən olunub: 1983-cü il təvəllüdlü Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları - 2002-ci il təvəllüdlü Rzayev Hikmət Əsgər oğlu, 2008-ci il təvəllüdlü Rzayev Azər Əsgər oğlu; 2002-ci il təvəllüdlü Tağıyev Əlizahir Atalı oğlu, 2016-cı il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlu, 1995-ci il təvəllüdlü Məmmədova Aytac Ələkbər qızı, 1996-cı il təvəllüdlü Məmmədova Gültac Ələkbər qızı, 1997-ci il təvəllüdlü Məmmədov Elgün Ələkbər oğlu.

 

Xəsarət alan iki nəfər isə 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı, 1985-ci il təvəllüdlü Rzayeva Ruhiyyə Əkbər qızıdır. Hər iki yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Ölənlərin və yaralananların Lerik rayonunun Kəlvəz kənd sakinləri olduqları bildirilir. Qəzanın mikroavtobusun sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verdiyi ehtimal olunur.

Müəllif: Ayna.az      9 İyul 2019 12:47
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar