Bir azdan Milli Məclis növbədənkənar toplanacaq

Bir azdan Milli Məclis növbədənkənar toplanacaq

Parlamentin plenar iclasının gündəliyinə 38 məsələ daxildir

 

Bu gün Milli Məclisin növbədəkənar sessiyasının növbəti plenar iclası keçiriləcək. AYNAxəbər verir ki, iclasın gündəliyinə 38 məsələ daxildir.

 

Bunlar "Məhkəmələr və hakimlər haqqında", "Dövlət rüsumu haqqında", "Əmək pensiyaları haqqında", "Yol hərəkəti haqqında", “Dövlət satınalmaları haqqında” qanunlara, o cümlədən Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir. Dəyişiklik layihələri 2-ci və 3-cü oxunuşda müzakirə olunacaq.

 

Bundan başqa, deputatlar "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinə də baxacaqlar.

Müəllif: Ayna.az      9 İyul 2019 11:42
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar