Dəhşətli qəzada ölənlərin kimliyi müəyyən olunub - VİDEO

Dəhşətli qəzada ölənlərin kimliyi müəyyən olunub -       VİDEO

Masallıda ağır qəzada həyatını itirən şəxslərin kimliyi müəyyən olunub

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Masallı rayonunda “Mercedes” markalı mikroavtobus və "КамАЗ" markalı yük avtomobili toqquşub.

 

FHN-dən AYNA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda olan 7 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Səhiyyə Nazirliyindən verilən məlumata görə isə qəzada səkkiz nəfər ölüb, iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Qəzada ölənlərlərin kimliyi artıq müəyyən olunub:  1983-cü il təvəllüdlü Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları - 2002-ci il təvəllüdlü Rzayev Hikmət Əsgər oğlu, 2008-ci il təvəllüdlü Rzayev Azər Əsgər oğlu; 2002-ci il təvəllüdlü Tağıyev Əlizahir Atalı oğlu, 2016-cı il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlu, 1995-ci il təvəllüdlü Məmmədova Aytac Ələkbər qızı, 1996-cı il təvəllüdlü Məmmədova Gültac Ələkbər qızı, 1997-ci il təvəllüdlü Məmmədov Elgün Ələkbər oğlu.

 

Xəsarət alan iki nəfər isə 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı, 1985-ci il təvəllüdlü Rzayeva Ruhiyyə Əkbər qızıdır. Hər iki yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 
Ölənlərin və yaralananların Lerik rayonunun Kəlvəz kənd sakinləri olduğu bildirilir.
 
Qəzanın baş vermə səbəbi hələlik dəqiq bilinməsə də, mikroavtobusun sürücüsünün sükan arxasında yuxulaması ehtimal olunur. 

Müəllif: Ayna.az      9 İyul 2019 11:12
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar