Məşhur iş adamı: "Putinə görə ölərəm"

Məşhur iş adamı: "Putinə görə ölərəm"

"Moskvanın Krımı işğalı Rusiyanın yenidən bütövləşməsi üçün vacib addımdır"

 

Formula 1-in keçmiş rəhbəri Berni Eklstuon Rusiya Prezidenti Vladimir Putinlə bağlı maraqlı açıqlama verib. AYNA xəbər verir ki, Eklstoun, “Kimsə silahla Putini vurmaq istəsə, onun qarşısına keçərəm”, - deyib.

 

İş adamı fikrini belə əsaslandırıb: “Çünki o, yaxşı insandır. Heç vaxt xalqının pisliyi üçün heç bir iş görməyib”.

 

Səksən səkkiz yaşlı milyarder Putinin Avropaya rəhbərlik etməli olduğunu söyləyib. Onun fikrincə, Moskvanın Krımı işğalı Rusiyanın yenidən bütövləşməsi üçün vacib addımdır.

Son dakika… Bomba açıklama: Biri Putin’i vurmak istese önünde dururdum

“Onun Avropanı idarə etməsini istərdim. Keyfiyyətli kadr tapmaq çox çətindir. Putin verdiyi hər bir sözə əməl edir” – deyə o bildirib.

 

Qeyd edək ki, Ekleston 2014-cü ildə keçirilən “F-1” yarışında Putinlə səmimi münasibətilə dünya mətbuatının diqqətini çəkib. Putinin çox keyfiyyətli insan olduğunu bildirən iş adamı Hitlerə olan rəğbətinə görə də təndiq olunub.

Müəllif: Ayna.az      9 İyul 2019 11:00
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar