İstədiyiniz şəxsi dişinizdə "gəzdirə" bilərsiniz - Yeni dəb

İstədiyiniz şəxsi dişinizdə "gəzdirə" bilərsiniz -       Yeni dəb

Dişləri bəzəkli adamlar görsəniz, təəccüblənməyin, təzə dəbdir

 

Bir zamanlar ancaq xüsusi tayfaların, qəbilələrin istifadə etdikləri döymə (tatu) zaman keçdikcə dəbə çevrildi. İndi əksər qızlar və oğlanlar bədənlərinin müxtəlif hissələrinə fərqli şəkillər, fiqurlar döydürürlər. Hətta bütün bədənini xalça kimi döyməylə bəzəyənlər də az deyil.

 

AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bundan sonra diş həkimləri də döymə ilə məşğul olacaq. Çünki artıq dişə də döymə etdirmək mümkündür.

 

Diş döymələri digər döymələrdən fərqlənir. Belə ki, istəmədiyiniz zaman döyməni dişinizdən sildirə bilərsiniz. Bunun üçün isə yenidən həkimə müraciət etdirmək lazımdır.

Картинки по запросу Diş dövmesi

Mütəxəssislər qeyd edirlər ki, dişə hansısa şəkli döydürmək qorxulu proses deyil. Bunun üçün, sadəcə istədiyiniz loqonu, şəkli və ya işarəni seçib stomotoloqunuza təqdim edə bilərisiniz. O da bir neçə günə döymənizi hazır edəcək. Əsas məsələ isə peşəkar həkim tapmaqdır.

Dişte yeni trend: Diş dövmesi

Картинки по запросу Diş dövmesi

Müəllif: Ayna.az      8 İyul 2019 20:17
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar