İki yüz mindən çox insan Çin hökumətinə qarşı çıxıb

İki yüz mindən çox insan Çin hökumətinə qarşı çıxıb

Honkonqu etiraz dalğası bürüyür

 

Honkonqda davam edən aksiyalara on minlərlə insan qatılıb. AYNA “South China Morning Post” qəzetinə istinadən xəbər verir ki, Honkonq şəhərində baş tutan etiraz yürüşləri zamanı polislə qarşıdurma yaşanıb. 

 

Polisdən verilən məlumatda qeyd olunur ki, 2 qadın, 4 kişi aksiya iştirakçısı həbs olunub. Aksiya təşkilatçıları yürüşə 230 mindən çox adamın qatıldığını bildirsələr də, polis, təqribən 56 min adam olduğunu deyir.

Hong Kong’daki protestolarda 6 gözaltı

Qeyd edək ki, Honkonq sakinləri ədalətdən gizlənən şübhəli şəxslərin ekstradisiyası haqqında qanunda düzəliş edilməsinə etiraz olaraq kütləvi aksiya keçirirlər. Bu qanunla Çin hökumətinin müxalif vətəndaşları hədəf alacağı bildirilir.

Müəllif: Ayna.az      8 İyul 2019 15:15
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar