Trampın taleyini həll edəcək sorğunun nəticəsi açıqlanıb

Trampın taleyini həll edəcək sorğunun nəticəsi açıqlanıb

Donald Tramp bir neçə faiz səs fərqi ilə digər namizədlərdən öndədir

 

ABŞ-da növbəti il keçiriləcək Prezident seçkilərinə yenidən namizəd olan Donald Tramp anket nəticələrinə görə hal-hazırda xalqdan ən çox rəğbət görən namizəd hesab olunur.

 

AYNA xəbər verir ki, “Washington Post” və “ABC News” kanallarının birgə keçirdiyi anket sorğularının nəticələrinə görə hazırda Prezidentlik postunda əyləşən Donald Tramp Amerika əhalisinin ən çox dəstəklədiyi siyasətçidir. Qeydiyyatda olan seçicilərin iştirakı ilə keçirilən sorğuların nəticəsinə görə, Trampın fəaliyyəti 47 faiz vətəndaşın rəğbətini qazanıb.

 

Trampı ölkə iqtisadiyyatının inkişafında ən vacib obraz olaraq görən 51 faiz seçici olduğu bildirilib. Onu bəyənməyən seçicilərin əsas arqumentlərinin miqrasiya, insan haqqları, iqlim dəyişikliyi, abort, xarici siyasətdəki problemlər kimi məslələr olduğu müəyyənləşdirilib.  

 

Qeyd edək ki, 28 may 1 iyul tarixləri arasında 8 min insanın iştirakı ilə baş tutan sorğuların nəticələrinə görə, hazırkı Prezident Donald Tramp bir neçə faiz səs fərqi ilə digər namizədlərdən öndədir.

Müəllif: Ayna.az      8 İyul 2019 11:01
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar