"Ağ çiçəyim" hansı səbəbdən yanıb?

"Ağ çiçəyim" hansı səbəbdən yanıb?

Bakı Nəqliyyat Agentliyinin əməkdaşları ərazidə müvafiq tədbirlər görür

 

Bir qədər əvvəl Qara Qarayev prospekti “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığındakı yerləşən yerləşən "Ağ Çiçəyim" gül dükanında yanğın baş verib. 

 

Bakı Nəqliyyat Agentliyindən AYNA-ya verilən məlumata görə, bununla əlaqədar əraziyə yanğın söndürmə və digər operativ nəqliyyat vasitələri cəlb edilib. Bu səbəbdən də prospektin bu hissəsində sıxlıq var.

Ərazidən keçən müntəzəm marşrut xətlərinin hərəkətini tənzimlənməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları ərazidə müvafiq tədbirlər görür.

 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi də yanğınla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın mansardasının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansardaya yığılan əşyalar 70 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hələ ki, hadisənin dəqiq olaraq hansı səbəbdən baş verməsi haqda məlumat verilməyib. 

Müəllif: Ayna.az      8 İyul 2019 10:20
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar