Qaxa qoz boyda dolu yağıb

Qaxa qoz boyda dolu yağıb

On dəqiqə davam edən dolu təsərrüfata ziyan vurub

 

Qax rayonuna dolu yağıb. AYNA "Report"a istinadən xəbər verir ki, dolu rayonun Zərnə kəndi ərazisinə düşüb.

 

Kənd sakinləri bildiriblər ki, dolu yağması təxminən 10 dəqiqə davam edib və dolunun ölçüsü qoz boyda olub.

 

Dolu nəticəsində təsərrüfatlara ziyan dəydiyi bildirilir.

Müəllif: Ayna.az      7 İyul 2019 21:32
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar