PKK terror təşkilatının yeddi rəhbərindən biri öldürülüb

PKK terror təşkilatının yeddi rəhbərindən biri öldürülüb

Qəndil dağında ilk dəfə terror təşkilatının rəhbərliyində yer alan şəxs öldürülüb

 

Türkiyə xüsusi xidmət orqanları və Hərbi Hava Qüvvələrinin birgə əməliyyatı nəticəsində PKK terror təşkilatının rəhbərlərin biri olan “Halmat Diyar” ləqəbli Diyar Qərib Məhəmməd öldürülüb.

 

AYNA “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, terror təşkilatının 7 nəfərdən ibarət İdarə Heyətinin üzvü olan 46 yaşlı terrorçunun iyunun 27-də Şimali İraqda Qəndil dağındakı Kortek bölgəsində məhv edilib. Bununla da PKK-nın qərargahının yerləşdiyi Qəndil dağında ilk dəfə terror təşkilatının rəhbərliyində yer alan şəxs öldürülüb.

 

Qeyd edək ki, Abdulla Öcalanın yaxalanmasından sonra İdarə Heyətinin terror təşkilatının fəaliyyətində rolu artıb.

Müəllif: Ayna.az      7 İyul 2019 19:04
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar