Bədbəxt hadisə nəticəsində ölən hərbçimiz dəfn edilib

Bədbəxt hadisə nəticəsində ölən hərbçimiz dəfn edilib
Hərbi hissədə bədbəxt hadisə nəticəsində həlak olan hərbçi, 1990-cı il təvəllüdlü gizir Ağalarov Amiddin Şahmalı oğlu Qusarda dəfn edilib. AYNAxəbər verir ki, gizir Ağalarov Amiddin Şahmalı oğlu doğulduğu Piral kəndində Müdafiə Nazirliyinin nümayəndələri, mərhumun xidmət yoldaşları, Qusar Rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri, rayonun idarə, müəssisələrinin kollektivləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə dəfn edilib. Qeyd edək ki, A.Ağalarov ailəli idi, 3 azyaşlı uşağı var. O, 9 ildir ki, orduda xidmət edirdi. Allah rəhmət eləsin!
Müəllif: Ayna.az      7 İyul 2019 15:58
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar