Həftənin ilk iş gününə olan hava praqnozu açıqanıb

Həftənin ilk iş gününə olan hava praqnozu açıqanıb
Həftənin ilk iş gününə olan hava praqnozu açıqanıb Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütun, nisbi rütubət gecə 60-70 %, gündüz 45-50% olacaq. Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, mülayim şimal küləyi əsəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AYNA-ya verilən məlumata görə, havanın temperaturu gecə 20-23° isti, gündüz 28-33° isti, Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti təşkil edəcək. Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti təşkil edəcək.
Müəllif: Ayna.az      7 İyul 2019 14:25
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar