Məşhur milyarder insan alveri ittihamı ilə həbs edilib

Məşhur milyarder insan alveri ittihamı ilə həbs edilib
Ona seksual məqsədlə insan alveri təşkil etmək ittihamı irəli sürülüb Əvvəllər azyaşlılara qarşı seksual təcavüzdə ittiham olunmuş amerikalı milyarder və maliyyəçi Ceffri Epşteyn həbs edilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Nyu-Yorkda həbs edilən milyarder sabah məhkəmə qarşısına çıxarılacaq. Ona seksual məqsədlə insan alveri təşkil etmək ittihamı irəli sürülüb. C. Epşteynin şəxsi təyyarəsi ilə Parisdən qayıdan zaman Nyu-Cersi aeroportunda saxlanılıb. Onun Nyu-Yorkdakı mənzilində axtarış aparıldığı bildirilib Qeyd edək ki, C. Epşteyn 2007-2008-ci illərdə azyaşlı qızlarla intim əlaqə üçün pul ödədiyini üzə çıxarıb. Eyni zamanda həmin qızların xidmətlərini başqalarına təklif etdiyi ehtimal olunub. Lakin vəkilinin bacarığı sayəsində milyarderə qarşı ittiham yumşaldılıb və o, 13 ay həbs cəzası alıb.
Fotoları təqdim edirik
Müəllif: Ayna.az      7 İyul 2019 15:13
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar