İngiltərə höküməti "Feyk" xəbərlərlə mübarizəyə küllü miqdarda pul ayırıb

İngiltərə höküməti "Feyk" xəbərlərlə mübarizəyə küllü miqdarda pul ayırıb

Məbləğ 3 il müddətində dövlətin Təhlükəsizlik Fondundan (CSSF) ayrılacaq

 

İngiltərə höküməti "Feyk" (yalan) xəbərlərlə mübarizəyə 22,5 milyon ABŞ dolları ayırıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu addım Şərqi Avropa və Qərbi Balkanlarda müstəqil mətbuata yardımı da nəzərdə tutur. Məbləğ 3 il müddətində dövlətin Təhlükəsizlik Fondundan (CSSF) ayrılacaq.

 

İngiltərə Xarici İşlər naziri Ceremi Hantın bildirdiyinə görə yalan məlumatlar insanları ruh düşkünlüyünə salır və qərarsızlaşdırır. "Dünya əhalisinin yalnız 10%-i azad kütləvi informasiya vasitələrinə çıxış əldə edə bilir"-deyən nazir "Feyk" xəbərlərə qarşı mübarizəni vacib sayır.

Müəllif: Ayna.az      7 İyul 2019 13:31
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar