Rusiyada dəhşətli hadisə: Yeddi nəfər yanaraq ölüb

Rusiyada dəhşətli hadisə: Yeddi nəfər yanaraq ölüb

Rusiyanın Sverdlovski əyalətində bədbəxt hadisə baş verib.AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, yanacaq daşıyan avtomobilin partlaması nəticəsində 7 nəfər ölüb, daha 2 nəfər isə ağır yanıq xəsarətləri alıb.

 

Xəsarət alanlar təcili olaraq helikopterlə Yekaterinburqa çatdırılıblar.

 

İlkin araşdırmalar zamanı partlayan yanacaq avtomibilinin sürücüsünün sərxoş olduğu məlum olub.

 

Faktla bağlı araşdırmalar aparılır.

Müəllif: Ayna.az      7 İyul 2019 09:59
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar