Lənkəranda ağır qəza: Ölən və yaralananlar var

Lənkəranda ağır qəza: Ölən və yaralananlar var

Zərbənin gücündən hər iki avtomobil aşıb

 

Lənkəranda minik və yük avtomobillərinin toqquşub. AYNA xəbər verir ki, "Mercedes" və "QAZ-52" avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, iki nəfər isə yaralanıb. Hər iki maşın zərbənin gücündən aşıb.

 

 

Hadisə zamanı "QAZ-52"nin sürücüsü Türkəkəran kənd sakini, 1993-cü il təvəllüdlü Tahirov Hakim Mübariz oğlu hadisə yerində vəfat edib, sərnişini 1964-cü il təvəllüdlü Nurullayev Ehtiram Nahid oğlu isə ağır yaralanıb. Yaralı ilə birgə digər avtomobilin sürücüsü Siyavar kənd sakini, 1978-ci il təvəllüdlü Quliyev Rasim Adət oğlu da Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

İlkin məlumata görə, qəzaya yük avtomobilinin dönmə əməliyyatını qəfildən yerinə yetirməsi səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: Ayna.az      6 İyul 2019 21:35
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar