Gənc yazıçı Mahmud Ağakişiyev sabah dəfn ediləcək

Gənc yazıçı Mahmud Ağakişiyev sabah dəfn ediləcək

Mərhumun kənd qəbiristanlığında, atasının qəbri yanında torpağa tapşırılması planlaşdırılır

 

 

Bu gün dünyasını dəyişən gənc yazıçı İkinci Mahmudun (Mahmud Ağakişiyev) dəfn mərasimi sabah olacaq. AYNA xəbər verir ki, bu haqda Ağstafa rayon İcra Hakimiyyəti başçısının Muğanlı kəndi üzrə nümayəndəsi Nəbi Mursaquliyev "Report"a bibildirib.

 

 

Nümayəndə, yazıçının cənazəsinin yaşadığı kəndə gətirilməsi ləngidiyi üçün, dəfnin sabaha qaldığını deyib. Mərhumun kənd qəbristanlığında, atasının qəbri yanında torpağa tapşırılması planlaşdırılır.

 

 

Qeyd edək ki, İkinci Mahmud Bakıda yaşadığı evdə ürək tutmasından vəfat edib.

Müəllif: Ayna.az      6 İyul 2019 20:26
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar