Xoruz sahibinin başına bəla oldu

Xoruz sahibinin başına bəla oldu

Yersiz banlayan xoruza görə qonşular min yevro təzminat tələb edirlər

 

Fransada Korin Fesso adlı qadını qonşuları məhkəməyə verib. AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb qadının xoruzunun yersiz banlaması olub. Qonşular Moris adlı xoruzun səhər saatlarında ictimai asayişi və ailənin rahatlığını pozduğu üçün sahibindən min yevro təzminat tələb edirlər.

 

Məsələ Fransada böyük səs-küyə səbəb olub. Sosial şəbəkələrdə çoxları qadını və xoruzu dəstəkləyib. Dəstəkləyənlər bildiriblər ki, burada narahatçılığa heç bir əsas yoxdur.

 

4 iyulda ilk məhkəmə keçirilib və növbəti iclas sentyabr ayına təyin edilib.

Müəllif: Ayna.az      6 İyul 2019 22:19
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar