İngiltərə kilsəsi eynicinsli nikahları tanımaq yolunda addım atıb

 İngiltərə kilsəsi eynicinsli nikahları tanımaq yolunda addım atıb

"Onlar ailə qurarkən ən çətin günlərində belə bir-birilərinin yanında olmağı söz veriblər"

 

Artıq cinslərini dəyişən cütlüklər boşanmaq məcburiyyətində qalmayacaq. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İngiltərə yepiskopları yekdil qərara gəliblər. Yepiskoplar bu qərarı cütlüklərin kilsədə nikah bağlayan zaman bir birinə verdikləri sözlə əlaqələndiriblər. "Çünki onlar ailə qurarkən ən çətin günlərində belə bir-birilərinin yanında olmağı söz veriblər"- deyə qadın yepiskop Kristina Hardman fikrini əsaslandırıb. Mütəxəsislər bu addımın İngiltərə kilsəsinin eynicinsli nikahları tanımasında ilkin addım kimi dəyərləndirirlər.

 

Qeyd edək ki, İngiltərə kilsəsi 2013-cü ildə verdiyi qərarla eynicinslərin kilsədə nikah bağlamasını qadağan etmişdi.

Müəllif: Ayna.az      6 İyul 2019 17:15
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar