Paytaxt polisi satıcıları xəbərdar edir: Normalara əməl edin

Paytaxt polisi satıcıları xəbərdar edir:     Normalara əməl edin

Satıcılara tövsiyə olunur ki, ancaq bazarlarda, yarmarkalarda və xüsusi olaraq satış üçün ayrılan yerlərdə malların, məmulatların və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirsinlər

 

"Paytaxtda əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatının yüksəldilməsi məqsədilə rayonlarda müasir standartlara uyğun əlverişli ticarət mühiti yaradılıb. Buna baxmayaraq bəzi satıcılar müəyyən olunan yerlərdən və qaydalardan kənara çıxaraq, piyada səkilərində, avtomobil yollarında qanunsuz küçə ticarətinin aparılmasına çalışırlar. Nəticədə paytaxtın bir sıra məhəllə və küçələrində antisanitar vəziyyət yaranır, qida məhsullarının sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulması sakinlərin narazılığına səbəb olur".

 

 

BPİ Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə əhali və satıcılar üçün əlverişli ticarət mühitinin formalaşdırılması, sui-istifadə hallarının aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülür. Ona görə də satıcılara tövsiyə olunur ki, ancaq bazarlarda, yarmarkalarda və xüsusi olaraq satış üçün ayrılan digər yerlərdə malların, məmulatların və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirsinlər.

 

Məlumatda polisin satıcıları müvafiq qaydalara uyğun olaraq ticarət fəaliyyəti ilə məşğul olmalarına etiraz etmədiyini, müəyyən olunan normalara əməl etməyə çağırdığı qeyd olunur.

Müəllif: Ayna.az      6 İyul 2019 13:03
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar