Hərbi hissədə partlayış: İki hərbçimiz həlak olub, yaralı var

Hərbi hissədə partlayış:   İki hərbçimiz həlak olub, yaralı var

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir

 

İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub.


Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub. Gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb.


Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.
 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: Ayna.az      6 İyul 2019 12:07
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin