"Survivor" həvəskarlarına yeni xəbər

"Survivor" həvəskarlarına yeni xəbər

A.Ilıcalı yarışmanın formatının dəyişəcəyini bildirib

 

Azərbaycanda da maraqla izlənən "Survivor" realiti-şounun növbəti mərhələsi başa çatıb. 

 

"Survivor 2019 Türkiyə-Yunanıstan" yarışması bitdikdən sonra layihənin rəhbəri Acun Ilıcalı "Survivor"la bağlı yeni məlumat verib. 

 

O qeyd edib ki, növbəti ildə "Survivor" tam yeni formatda efirə çıxacaq: "Gələn il yeni formatda bir "Survivor" düşünürük. Bu il "Survivorın" fərqli izləyici kütləsi oldu. Gözlədiyimizi nəticəni 100 faiz aldığımızı deyə bilməsəm də, nəticə pis olmadı". 

 

Layihə hər iki ölkə üçün çox faydalı oldu. Yunan uşaqlar və bizimkilər də çox möhtəşəm idi. Yunanıstanda gündəmdə olan bir adımam. Layihənin Türkiyə məhsulu olduğunu və mənim həyata keçirdiyimi hər kəs bilirdi" - deyə A.Ilıcalı qeyd edib.

Müəllif: Ayna.az      5 İyul 2019 23:14
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar