Mərkəzi Bank hərraca 150 milyon manat çıxarır

Mərkəzi Bank hərraca 150 milyon manat çıxarır

AMB-də növbəti depozit hərracı keçirəcək

 

İyulun 8-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək. AMB-dən AYNA-ya verilən məlumata görə, saat 11:00-11:15 aralığında təşkil ediləcək hərrac "Blomberq" ticarət sistemi platformasında həyata keçiriləcək.

 

Hibrid formalı hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10:00-dır. Hərracda məbləğ 150 000 000 (yüz əlli milyon) manat, müddət 14 gün, faiz dərəcəsi isə 6,51% - 8,49%-dir.

Müəllif: Ayna.az      5 İyul 2019 15:49
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar