Amerikalılara çağırış: “Onları harada görsəniz, öldürün”

Amerikalılara çağırış: “Onları harada görsəniz, öldürün”

“İquanaların sayının artması kənd təsərrüfatının yox olmasına, yolların pis vəziyyətə düşməsinə səbəb ola bilər”

 

ABŞ-da iquanaların öldürülməsi üçün təbliğat kampaniyası başlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da son dövrlərdə iquanaların sayının artması həm ətraf mühitin təhlükəsizliyi ilə məşğul olan rəsmi şəxsləri, həm də yerli əhalini xeyli narahat edir.

 

Xüsusilə Florida ştatında son aylar havaların həddindən artıq isti keçməsi iquanaların daha çox artmasına səbəb olub. Rəsmilər vətəndaşlardan şəxsi mülklərində, təsərrüfatlarında qarşılarına çıxan iquanaları öldürmələrini xaiş ediblər.

 

Florida Universitetinin bioloqu Cozep Uasilevski yerli mətbuata verdiyi açıqlamada bunları deyib: “İquanaların sayının artması kənd təsərrüfatının yox olmasına, yolların pis vəziyyətə düşməsinə və ən əsası salmonella bakteriyasının yayılmasına səbəb ola bilər”.

 

Qeyd edək ki, yaşıl iquanalar təqribən 1 metr uzunluğunda olur və il ərzində 75 yumurta verə bilir.

Müəllif: Ayna.az      6 İyul 2019 09:39
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar