Şəhərin mərkəzindəki təhlükə aradan qaldırılıb

Şəhərin mərkəzindəki təhlükə aradan qaldırılıb

Əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının damında dəmir boru asılı vəziyyətdə qalıb.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

 

Xilasedicilər asılı vəziyyətdə qalan dəmir borunu müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Müəllif: Ayna.az      5 İyul 2019 14:19
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar