Bakı polisi “fahişə ovu”na başlayıb – VİDEO

Bakı polisi “fahişə ovu”na başlayıb –         VİDEO

Mülki geyimli polislər ərəb turistlərlə sövdələşən qadınlara yaxınlaşır, onların qolundan yapışıb yaxınlıqdakı polis bölməsinə aparmaq istəyirlər

 

Bakının mərkəzində, “Torqovı” kimi tanınan ərazidə, Fəvvarələr meydanında polislər “ərəb ovu”na çıxan qadınlara qarşı əməliyyat keçiriblər. AYNA unikal.org-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində gəzən sakinlərin də diqqətini çəkib.

 

Mülki geyimli polislər ərəb turistlərlə sövdələşən qadınlara yaxınlaşır, onların qolundan yapışıb yaxınlıqdakı polis bölməsinə aparmaq istəyirlər. Bu zaman qadınlar müqavimət göstərir, onların əlindən çıxmağa çalışırlar.

 

Məlumata görə, polislər bu cür əməliyyatlarla şəhərin mərkəzində tüğyan edən əxlaqsızlığın, fahişəliyin qarşısını almağa çalışırlar.

Müəllif: Ayna.az      5 İyul 2019 13:51
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar