Müsəlmanlar qəzəbləniblər: “Kəbənin yaxınlığında nə konsert çıxarırsınız?”

Müsəlmanlar qəzəbləniblər: “Kəbənin yaxınlığında nə konsert çıxarırsınız?”

Niki Minajın Ciddə Musiqi Festivalına dəvət edilməsi yerli əhali tərəfindən heç də birmənalı qarşılanmayıb

 

Amerikalı məşhur müğənni Niki Minaj Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək Ciddə Musiqi Festivalına dəvət edilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Niki Minajın Ciddə Musiqi Festivalına dəvət edilməsi yerli əhali tərəfindən heç də birmənalı qarşılanmayıb.

 

Sosial şəbəkələrdə məsələ ilə bağlı geniş müzakirələr açan insanlar, müqəddəs Kəbənin yerləşdiyi Məkkə şəhərinin yaxınlığında belə bir tədbirin keçirilməsinin doğru olmadığını söyləyiblər.

 

Ölkədə keçirilən festivallar, müxtəlif mədəni tədbirlər Səudiyyə Əyləncə İdarəsi tərəfindən təşkil edilir. Yeni yaradılmış Əyləncə İdarəsinin rəhbəri Turki Əli Şeyx “İnşallah, gələn ildən daha böyük festivallar, sirklər, gənc qızlar və oğlanlar üçün müxtəlif əyləncə tədbirləri təşkil edəcəyik” açıqlamasını verib.

 

Qeyd edək ki, məşhur müğənni Meri Keri də Ciddə şəhərində konsert verib.

Müəllif: Ayna.az      5 İyul 2019 11:50
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar