Ölkə xaricinə səfər edənlərə xəbərdarlıq olunur

Ölkə xaricinə səfər edənlərə xəbərdarlıq olunur

Gürcüstan və Bolqarıstan respublikalarının yol hərəkəti haqqında qanunvericilik aktlarına bəzi əlavə və dəyişikliklər edilib

 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) beynəlxalq yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, həmçinin şəxsi nəqliyyat vasitələri ilə ölkə xaricinə səfər edən vətəndaşlara müraciət edib. BDYPİ-dən AYNA-ya verilən məlumatda bildirilir ki, Gürcüstan və Bolqarıstan respublikalarının yol hərəkəti haqqında qanunvericilik aktlarına bəzi əlavə və dəyişikliklər edilib.

 

Əsasən, yol hərəkəti qayda pozuntuları ilə bağlı tətbiq edilən inzibati tənbeh tədbirlərinə, hərəkətin məhdudlaşdırılması hallarına və müəyyən kateqoriyalı nəqliyyat vasitələrinin icazə verilən maksimum çəki və ölçü parametrlərinə dair qaydalara edilmiş həmin əlavə və dəyişikliklərlə maraqlanan şəxslər Gürcüstan hökümətinin 01.07.2019-cu il tarixli, 393 saylı qərarı, habelə Bolqarıstan Respublikasının müvafiq agentliyinə məxsus veb sayt ( htt://www.api.bg/index.php/en ) vasitəsi ilə daha ətraflı məlumat ala bilərlər.

Müəllif: Ayna.az      4 İyul 2019 14:54
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar