Ailənin bəslədiyi timsahlar 2 yaşlı qızı parçalayıb - VİDEO

Ailənin bəslədiyi timsahlar 2 yaşlı qızı parçalayıb -         VİDEO

Evə qayıdan ata timsahların yanında qızının skeletini tapıb

 

Kambocanın şimal-qərbindəki Siem Rep şəhərində ailəsinin timsah fermasında gəzişən 2 yaşlı qız uşağını timsahlar diri-diri yeyib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, yerli polis timsahların uşağı yediyini və atanın timsahların yanında yalnız uşağın skeletini tapdığını bildirib.

Картинки по запросу Two-year-old girl eaten alive by crocodiles after fall at family farm in Cambodia

Polis qeyd edib ki, hadisənin baş verdiyi zaman qızcığazın yeni uşaq dünyaya gətirmiş anası evdə tək olub və körpəsiylə başı qarışdığından 2 yaşlı qız oynamaq üçün gözdən uzaqlaşıb. Timsah ferması ailənin özünə məxsus olub. Ailə timsahların olduğu sahəni hasarlamış olsalar da, çəpərlərin arasında balaca uşağın keçə biləcəyi böyüklükdə dəliklər olub.


Evə qayıdan ata qızını fermada axtarmağa başlayıb. O, timsahların yanında qızının skeletini tapıb.


Timsahların uşağın meyitinin qalıqlarını yediyi anın görüntüləri də sosial mediada yayılıb. 

Müəllif: Ayna.az      3 İyul 2019 19:51
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar